19 
Sen
2022
10:17
235
38
2068
Virtual karabakh

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

19 Sen, 2022
10:17
2068

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Baic” markalı nəqliyyat vasitəsinin sürücüsü Orxan Məmmədov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə YPX əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. O.Məmmədovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri