23 
Sen
2022
09:16
44
112
3043
Virtual karabakh

AMEA-nın Fizika İnstitutunun şöbə müdiri vəfat edib - FOTO

23 Sen, 2022
09:16
3043

AMEA-nın Fizika İnstitutunun şöbə müdiri vəfat edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AMEA-nın Fizika İnstitutunun şöbə müdiri, fizika üzrə elmlər doktoru Məzahir Alcanov vəfat edib.

Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Şöbə müdiri 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Alcanov 1950-ci ilin iyulun 6-da Şamaxı rayonunun Calov kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 121 elmi əsəri çapdan çıxıb, onlardan 71-i xaricdə, 50-si isə beynəlxalq bazada referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunub. Aşağıölçülü laylı və xətti kristalların və maqnit yarımkeçiricilərin istilik tutumu və faza keçidlərinin xüsusiyyətlərinin, atomlararası qarşılıqlı təsirin nəticəsində güclü anizotropiya müşahidə olunan fiziki hadisələrin xarakter və xüsusiyyətlərinin aşkar edilməsi istiqamətində elmi nailiyyətləri olub. 1971-1973-cü illərdə Kürdəmir orta məktəbində fizika müəllimi kimi çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri