29 
Sen
2022
19:35
15
106
2341
Virtual karabakh

Rəşad Məciddən AYB sədrinin müavini vəzifəsində qalıb-qalmayacağı barədə AÇIQLAMA

29 Sen, 2022
19:35
2341

Rəşad Məciddən AYB sədrinin müavini vəzifəsində qalıb-qalmayacağı barədə AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qurultay qərar versə, Azərbaycan Yazıçılar Birliyində də qalmaq fikrim var. “525-ci qəzet”i isə müavinlərim çıxarırlar”.

Bunu “Report”a açıqlamasında Mətbuat Şurasının yeni sədri Rəşad Məcid deyib.

Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirən Şura sədri bildirib ki, bu məsələ yazıçıların qurultayının səlahiyyətinə daxildir.

R.Məcid qeyd edib ki, yaxın vaxtlarda Yazıçılar Birliyinin qurultayı olacaq:

Qeyd edək ki, R.Məcid Azərbaycan jurnalistlərinin bu ilin sentyabrın 24-də keçirilmiş VIII qurultayında Mətbuat Şurasının sədri seçilib.

O, 2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib. 2021-ci ilin iyulundan AYB sədrinin müavinidir. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri