Noy
2022
10:39
22
353
6284
Virtual karabakh

Beynəlxalq Hava Limanında avtomobil yanıb - YENİLƏNİB + VİDEO

8 Noy, 2022
10:39
6284

Beynəlxalq Hava Limanında avtomobil yanıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

10:07

Bakı Beynəlxalq Hava Limanında “Opel Astra” markalı maşın qəfildən alovlanmağa başlayıb. 

Oxu.Az xəbər verir ki, hazırda yanan avtomobil hava limanının qarşısındakı parkinqdədir. 

Ətrafdakılar alovlanan maşına müdaxilə etsələr də, nəqliyyat vasitəsini söndürməyə müvəffəq ola bilməyiblər. Yanğın digər maşınlara da zərər vurub. Belə ki, yaxınlıqda olan “Mercedes-Benz”, “Hyundai” və “Mazda” markalı maşınlar zərər görüb. 

Avtomobilin hansı səbəbdən alışdığı isə hələ ki, bəlli deyil.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri