Noy
2022
11:43
24
347
2535
Virtual karabakh

Hacıqabulda baş verən qəzada şəhid anası ağır yaralanıb - FOTO

9 Noy, 2022
11:43
2535

Hacıqabulda baş verən qəzada şəhid anası ağır yaralanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda baş verən qəzada altı nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

KİA və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 1999-cu il təvəllüdlü Abıyeva Nuray Malik qızı, onun qardaşı, 2008-ci il təvəllüdlü Abıyev Nihad Malik oğlu, 1996-cı il təvəllüdlü İbrahimov Elmar Səyyad oğlu, 2000-ci il təvəllüdlü Hüseynəliyeva Aidə Azər qızı, 1973-cü il təvəllüdlü Salmanova Şahnaz Mürsəl qızı və Laçın rayon sakini, şəhid anası, 1955-ci il təvəllüdlü Abışova Nənəxanım Səfər qızıdır.

Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Şəhid anası N.Abışovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

FOTO: APA

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri