23 
Noy
2022
22:45
451
45
8261
Virtual karabakh

Bakıdan rayonlara sərnişin daşıyan taksilər bir mərkəzə toplanacaq - AÇIQLAMA + VİDEO

23 Noy, 2022
22:45
8261

Bakıdan rayonlara sərnişin daşıyan taksilər bir mərkəzə toplanacaq - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın ayrı-ayrı yerlərindən pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik avtomobilləri bir mərkəzə toplanacaq.

Xezerxeber.az-ın məlumatına görə, dayanacaq üçün Bakı Beynəxalq Avtovağzal Kompleksində yer seçilib.

Bakı Beynəxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərov bildirib ki, 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən taksi minik avtomobillərinin vahid mərkəzə cəlb edilməsi nəzərdə tutulub.

Dayanacaq istifadəyə verildikdən sonra avtomobillərin sazlığının yoxlanılması və sürücülərin tibbi müayinədən keçməsi də planlaşdırılır.

Sürücülər isə iddia edirlər ki, hazırda avtovağzal ərazisində dayanacaq sahəsi az olduğuna görə onlar avtomobillərini saxlamaqda çətinlik çəkirlər.

Qeyd edək ki, dayanacağın gələn ayın əvvəlində sürücülərin ixtiyarına verilməsi nəzərdə tutulur.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri