Dek
2022
19:53
145
81
1534
Virtual karabakh

Daşkəsəndə elektrik enerjisinin verilməsi bərpa olunub - YENİLƏNİB

5 Dek, 2022
19:53
1534

Daşkəsəndə elektrik enerjisinin verilməsi bərpa olunub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsən şəhərinin bir qismində elektrik enerjisinin verilməsində yaranmış problem həll edilib.

“Report”un məlumatına görə, aidiyyatı qurumlar tərəfindən görülən işlər nəticəsində şəhərin bir qismində elektrik enerjisinin verilməsində yaranmış fəsad aradan qaldırılıb.

Hazırda elektrik enerjisinin verilməsi bərpa olunub.

Xatırladaq ki, axşam saatlarında şəhər ərazisində qarın ağırlığından iri gövdəli ağacın budağı sınaraq yaxınlıqdan keçən elektrik xəttinin üzərinə düşüb.

Nəticədə elektirik xətti sıradan çıxıb. Həmin elektrik xəttinin bərpası üçün isə şəhərin bir hissəsində elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılmışdı.

19:30

Daşkəsən rayonunda qarın ağırlığından irigövdəli ağacın budağı qırılaraq elektrik xəttinin üzərinə düşüb, şəhərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

“Report”un məlumatına görə, aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub.

Hazırda yaranmış problemin aradan qaldırılması üçün müvafiq işlər görülür.

Rayon ərazisində yağıntılı hava şəraiti davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri