Dek
2022
22:30
39
303
7151
Virtual karabakh

Hamilə arvadını döyərək övladının ölümünə səbəb olduğu iddia edilən şəxsdən AÇIQLAMA - VİDEO

6 Dek, 2022
22:30
7151

Hamilə arvadını döyərək övladının ölümünə səbəb olduğu iddia edilən şəxsdən AÇIQLAMA - VİDEO

Sabirabadda hamilə arvadını döyüb onun övladının vaxtından əvvəl dünyaya gələrək ölməsinə səbəb olduğu iddia edilən şəxs danışıb.

Döyüldüyü deyilən qadının əri Vüsal Hüseynov qaynanasından şikayətçi olduğunu bildirib:

“Mənim haqqımda bu məlumatları yalnız o yaya bilər. Qızının oğlanla danışdığının açıq aşkar göründüyü telefon danışığının iki aylıq siyahısını çıxartdırmışam. Evdən dərman tapmışam. Evə gəlib yemək yeyəndən sonra yuxum gəlirdi. Heç nədən xəbərim olmurdu. 2018-ci ildə ailə həyatı qurmuşam. Aramızda bu vaxta qədər heç bir problem olmayıb. Oktyabr ayında oğlanla danışıqlarını tutdum və atasına zəng edib xahiş etdim ki, qızını aparsın. Qızını apardıqdan sonra məni polisə verdilər ki, guya mən qızı döymüşəm”.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri