Dek
2022
19:38
25
315
4275
Virtual karabakh

Şəkidəki məktəbdə şagirdlərə ilanlarla birlikdə dərs keçilir - VİDEO

8 Dek, 2022
19:38
4275

Şəkidəki məktəbdə şagirdlərə ilanlarla birlikdə dərs keçilir - VİDEO

Şəkinin Şirinbulaq kənd ümumi orta məktəbi qəzalı vəziyyətdədir.

APA-nın məlumatına görə, məktəb binası 50 il əvvəl, ötən əsrin 70-ci illərində tikilib istifadəyə verilib.

Bina istifadəyə verildiyi vaxtdan bu günə kimi bir dəfə də əsaslı təmir olunmayıb. Tavan sökülüb, döşəmələr çürüyüb, qırılıb.

Təhsil ocağındakı vəziyyətə görə uşaqlarının sağlamlığı üçün narahat olan valideynlər onları məktəbə göndərmək istəmirlər.

110 şagird yerlik məktəbdə hazırda 95 nəfər təhsil alır. Şagirdlər də, müəllimlər də məktəb binasının qəzalı vəziyyətdə olmasından narahat olduqlarını bildiriblər.

Məktəbin direktoru da vəziyyətin ürəkaçan olmadığını etiraf edib. Onun bildirdiyinə görə, aidiyyəti üzrə məlumat verilib, lakin hələ ki bir tədbir görülməyib. Tədris ocağının binası hər ötən gün daha da pis vəziyyətə düşür.

Şəki Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov şifahi olaraq bildirib ki, məktəblərin tikinti və təmir işləri növbəlilik əsasında aparılır. Onun sözlərinə görə, adıçəkilən məktəb binasının növbəti ildə təmir edilməsi nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri