Dek
2022
08:48
7
80
601
Virtual karabakh

Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

9 Dek, 2022
08:48
601

Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri