Dek
2022
17:04
8
136
2299
Virtual karabakh

Masazırda döyülən məktəbli ilə bağlı DİN-dən AÇIQLAMA

9 Dek, 2022
17:04
2299

Masazırda döyülən məktəbli ilə bağlı DİN-dən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Abşeron rayonu Masazır qəsəbəsi ərazisində məktəblinin sinif yoldaşının atası və digər şəxslər tərəfindən döyülməsi ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təhqiqat araşdırması aparılır”.

Bunu Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev deyib.

O bildirib ki, tərəflər polis orqanına dəvət olunmaqla izahatları alınıb. 

“Hadisə zamanı alınan xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir”, - deyə polis nəfəri qeyd edib.

Qeyd edək ki, ötən gün yerli KİV-lərdə məktəblinin döyülməsi ilə bağlı məlumatlar yayımlanıb. Hadisə ilə bağlı danışan məktəbli sinif yoldaşının atası və yaxın qohumları tərəfindən döyüldüyünü bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri