29 
Dek
2022
16:40
166
24
3922
yuxarı
“Hac Təqi”ni ruslar İsrailə təhvil veriblər? - FOTO
29 Dek, 2022
16:40
3922
166
24
“Hac Təqi”ni ruslar İsrailə təhvil veriblər? - FOTO
Suriyada həbs edilən “Hərəm müdafiəçiləri” kimi tanınan qüvvələrdən “Hac Təqi” cihadçı ləqəbli Taleh Yusifov barədə bəzi məlumatlar yayılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
İrandan idarə olunan “Azərbaycan Araşdırmaları Mərkəzi”nin “Telegram” kanalı onu “İmam Hüseynin qulamı” və “Qasım Süleymaninin yavəri” kimi təqdim edərək yazıb ki, ruslar onu İsrailə veriblər, daha sonra Azərbaycana qaytarılıb.
Onun və həmkarlarının missiyası Suriyada hərbi təlim keçmək və “Hüseyniyun” hərbi birləşməsinə əlavə qüvvə cəlb etmək olub.
Taleh Yusifov terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək