18 
Yan
2023
15:28
17
172
2304
Virtual karabakh

Bu il Ukraynada həlak olan və itkin düşən azərbaycanlıların sayı AÇIQLANDI - VİDEO

18 Yan, 2023
15:28
2304

Bu il Ukraynada həlak olan və itkin düşən azərbaycanlıların sayı AÇIQLANDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Donetsk və Baxmut istiqamətində ağır döyüşlər davam edir.  

“Rusiya ordusu separatçılarla birlikdə nə qədər cəhd etsə də, Soledarı ələ keçirə bilmir”, - deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Dneprdə raket hücumuna məruz qalan yaşayış kompleksinin dağıntıları altından hələ də həlak olan insanların meyitləri tapılır.

M.Aslanov 2023-cü ildə itkin düşən və həlak olan azərbaycanlılarla bağlı da məlumat verib:

“Donetsk və Xerson vilayətlərində yanvar ayı ərzində 4 azərbaycanlı itkin düşüb, 6 nəfər isə həlak olub. Ümumilikdə isə müharibə müddətində həlak olan həmyerlilərimizin sayı 35, itkin düşənlərin sayı isə 65-dir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri