18 
Yan
2023
22:07
36
246
3089
Virtual karabakh

Bakıda səki zəbt edilir: Piyadaların həyatı təhlükədədir - VİDEO

18 Yan, 2023
22:07
3089

Bakıda səki zəbt edilir: Piyadaların həyatı təhlükədədir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının “20 Yanvar'” dairəsinin yaxınlığı, Moskva prospekti ilə üzü Tbilisi prospekti istiqamətində hərəkət edən piyadaların həyatı təhlükədədir.

Çünki səki ilə hərkət edən piyadaların qarşısına maneə çıxır. Məcbur qalan piyadalar yolun hərəkət hissəsinə keçirlər.

Xezerxeber.az-ın məlumatına görə, bu yoldan hər gün istifadə edən piyadalar deyirlər ki, avtomobili qanunsuz park edən sürücülərdən təngə gəliblər.

Ərazidə yol polisləri də xidmət aparırırlar. Hətta yol polisi səkidə və yol kənarında dayanma və durma qaydalarını pozan bir neçə sürücünü inzibati qaydada cərimə də edir.

Polis həmin ərazidən bir az uzaqlaşan kimi isə eyni mənzərə yaranır. Görünən odur ki, “20 Yanvar” dairəsi və “Şamaxinka” kimi tanınan ərazilər üçün çox ciddi addımlar atılmalıdır.

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi vəzifəsini icra edən Araz Əsgərli bildirib ki, həmin ərazi şimal qapısı olduğundan hərəkət intensivliyi çoxdur.

“Orada patrul əməkdaşları sutkalıq xidmət aparsalar da, problemlərin bir qisminin qarşısı alınır. Gün boyu dayanma və durma qaydalarını pozan sürücülər aşkar edildikcə, cərimə olunurlar”,- deyə Araz Əsgərli bildirib.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri