25 
Yan
2023
12:56
4
119
1095
Virtual karabakh

Sumqayıtda yük avtomobili ahıl kişini vuraraq öldürüb

25 Yan, 2023
12:56
1095

Sumqayıtda yük avtomobili ahıl kişini vuraraq öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda yük avtomobili ahıl kişini vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 24-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı km-də qeydə alınıb.

Belə ki, sürücü, 1957-ci il təvəllüdlü Babayev Bəhram Kərim oğlu idarə etdiyi QAZ-330210 markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1940-cı il təvəllüdlü Gülmalıyev Adil Məhi oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri