25 
Yan
2023
18:47
27
362
2365
Virtual karabakh

Cənubi azərbaycanlı müğənni: “Farslar ləhcəmizi lağa qoyurlar” - VİDEO

25 Yan, 2023
18:47
2365

Cənubi azərbaycanlı müğənni: “Farslar ləhcəmizi lağa qoyurlar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Azərbaycandan olan bəstəkar, müğənni Arif Mehmandost Mədəniyyət TV-də yayımlanan “O” verilişinin qonağı olub.

Proqramda sənətkar oradakı azərbaycanlıların məruz qaldıqları mənəvi təzyiqlərdən, alçaldılmalarından, ana dillərində təhsil hüququndan məhrum olmalarından, farsların soydaşlarımızın ləhcəsini lağa qoymalarından söz açıb. A.Mehmandost bildirib ki, uşaq vaxtı aldığı bu travmalar səbəbindən övladı Azərbaycanda təhsil almasına qərar verib. 

Verilişdə yaradıcılığından da söz açan Arif Mehmandost bəstələdiyi, oxuduğu nəğmələrin əsas məzmununun ayrılıq, həsrət, iztirab olduğunu vurğulayıb.

Qeyd edək ki, “O” aparıcı Bəhruz Niftəliyevin təqdimatında yayımlanır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri