Fev
2023
12:28
58
72
990
Virtual karabakh

Qubada qanunsuz kömür quyuları aşkar edilib - FOTO

4 Fev, 2023
12:28
990

Qubada qanunsuz kömür quyuları aşkar edilib - FOTO

Qubada qanunsuz  kömür quyuları aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Qanunsuz kömür istehsal edənlərin rayon sakinləri Mirağa Dadaşov və Təmirşah İmanquliyev olduqları müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri