Fev
2023
09:14
398
9
2844
Virtual karabakh

Azərbaycanın xilasediciləri Kahramanmaraşa çatıblar

7 Fev, 2023
09:14
2844

Azərbaycanın xilasediciləri Kahramanmaraşa çatıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərinə çatıb.

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, günün ikinci yarısından sonra Adananın Şakir Paşa Hava Limanından yola düşün Azərbaycanın xilasediciləri artıq Kahramanmaraşa gəliblər.

Azərbaycan FHN-in əməkdaşları baş vermiş zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerindədirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri