Fev
2023
10:36
24
349
3977
Virtual karabakh

Şəhid atası 43 saat polis bölməsində saxlanılıb?

9 Fev, 2023
10:36
3977

Şəhid atası 43 saat polis bölməsində saxlanılıb?

Şəhid atasının 43 saat polis bölməsində saxlanıldığı iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, Sabunçu rayonu, 12-ci polis şöbəsində heç bir əsas olmadan, şəhid atasının qanunsuz olaraq azadlıq hüquqi 43 saat ərzində məhdudlaşdırılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, barəsində olan şikayət əsasında vətəndaş polis bölməsinə dəvət edilib:

“İzahatı alındıqdan sonra sərbəst buraxılıb. Onun 43 saat bölmədə saxlanılması ilə bağlı iddialar əsassızdır”.

Qeyd edək ki, həmin şəxs şəhid Mahir Mirzəyevin atasıdır. Mahir Mirzəyev 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri