Apr
2015
16:42
56
44
8604
Virtual karabakh

Quzu ətindən də bahalı göbələk

7 Apr, 2015
16:42
8604

Quzu ətindən də bahalı göbələk

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir kiloqramı 10-15 manat.

Quzuqarnı adlanan göbələk növü bazarda quzu ətindən də baha satılır. Bir kiloqramı 10-15 manatdır.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri göbələyin bu növünün toplanması işi ilə məşğul olan Əliheydər Yusifov bildirib.

Onun sözlərinə görə, göbələyin bu növünün yığılması da çətindir:

“Onun yığılması olduqca çətindir. Bir gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Amma deyilənə görə, əvvəllər meşələrdə quzuqarnı bol olurmuş”.

“Quzuqarnı toplayarkən balıq tutmaq qədər həzz alıram. Bəlkə də daha çox. Bu bitki sanki onu görməsinlər deyə gizlənir. Rəngi də yarpaqlardan seçilmir. Amma biz hər il quzuqarnı yığdığımızdan onun yerini bilirik. Meşədə əsasən qovaq ağaclarının altında bitir. Mart ayının əvvəllərində yağışlar çox yağarsa, quzuqarnı da bol olar”, - deyə Ə.Yusifov vurğulayır.

Məlumat üçün bildirək ki, 20-25 gün ömrü olan quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Bitkinin konservləşdirilmiş halda satışı da yoxdur.

Qeyd edək ki, el arasında quzuqarnı adlanan göbələk növünü Xaçmaz və Şabran rayonlarının meşəliklərindən mart ayının ikinci ongünlüyündən başlayaraq toplamaq olar. Quzuqarnı mövsümü aprelin ortalarınadək davam edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri