27 
Mar
2023
12:54
54
5
2373
Virtual karabakh

Sabahın hava proqnozu AÇIQLANDI - VİDEO

27 Mar, 2023
12:54
2373

Sabahın hava proqnozu AÇIQLANDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində martın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-11, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri