29 
Mar
2023
21:00
317
18
6649
Virtual karabakh

Ramazan ayının səkkizinci gününün imsak, iftar və namaz vaxtları - FOTO

29 Mar, 2023
21:00
6649

Ramazan ayının səkkizinci gününün imsak, iftar və namaz vaxtları - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Ramazan ayının səkkizinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 30-da imsak vaxtı saat 05:02-də, iftar vaxtı isə 19:17-dədir. 

Martın 30-u üçün namaz vaxtları: 

 Sübh azanı

 05:07

 Zöhr azanı

 12:45

 Əsr azanı

 17:12

 Məğrib azanı

 19:17

 İşa azanı

 20:19

Səkkizinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri