İyl
2023
11:20
17
35
1459
Virtual karabakh

Yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulmasına görə 30-a yaxın məlumat araşdırılır - FOTO

7 İyl, 2023
11:20
1459

Yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulmasına görə 30-a yaxın məlumat araşdırılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qanunsuz ov, həmçinin balıq ovu ilə bağlı prokurorluqda yeddi cinayət işi və 149 inzibati xəta haqqında icraat başlanıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdikləri “Ekologiyanın mühafizəsi” başlıqlı mətbuat konfransında çıxış zamanı Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev deyib.

O bildirib ki, əvvəlki dövrdə başlanmış cinayət işlərinin qabaqlayıcı təsiri ötən ilin yarımilliyində bu sahədə hüquqpozmaların sayına müsbət təsir göstərib.

Elnur Musayev yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması ilə bağlı Baş Prokurorluq tərəfindən ölkənin müxtəlif bölgələrində araşdırmaların aparıldığını da vurğulayıb:

“Qax, Ağstafa, Şəmkir, Lənkəran, Quba, Tərtər və başqa rayonlarında yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulması barədə 30-a yaxın məlumat araşdırılır.

Əksər hallarda qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitə vurulmuş ziyan tam şəkildə bərpa olunub, bununla yanaşı, üç hal üzrə cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib”.

Daha çox şəkil burada: PhotoStock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri