Sen
2023
16:53
356
10
1168
Virtual karabakh

Daşkəsəndə daha bir küçəyə şəhid adı verilib - FOTO

3 Sen, 2023
16:53
1168

Daşkəsəndə daha bir küçəyə şəhid adı verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Daşkəsən rayonunda küçələrə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin adlarının verilməsi davam edir.

“Report”un məlumatına görə, Daşkəsən şəhərində daha bir küçəyə Vətən müharibəsi şəhidi Orxan Cəfərlinin adı verilib.

Orxan Etibar oglu Cəfərli 1996-cı il fevralın 16-da Daşkəsən rayonunda dünyaya gəlib. 2003-cü ildə Daşkəsən şəhərindəki Anar Mürsəlov adına orta məktəbə daxil olub. 2013-cü ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdə fərqləndiyinə görə çavuş rütbəsi alıb. 2015-ci ildə hərbi xidməti başa vurub.

Orxan 2016-cı ildə müddətdən artıq hərbi xidmətə daxil olub, manqa komandiri vəzifəsinə təyinat alıb. 2020-ci ildə gizir kursunu bitirib və gizir rütbəsi alıb. Orxan Cəfərli Vətən müharibəsinin ilk günündə Murovdağ döyüşləri zamanı şəhid olub.

O, şəhid olmamışdan öncə sağ çiyin nahiyəsindən yaralanıb. Yaralı vəziyyətdə olmasına baxmayaraq, döyüşçü yoldaşının həyatını xilas edib. Şəhidlərimizin nəşini götürmək üçün yenidən döyüşə atılaraq, bir neçə erməni ilə əlbəyaxa olub, düşməni əllərilə boğub.

Orxan Cəfərli ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Orxan Cəfərlinin əmisi oğlu Həmid Cəfərli də Vətən müharibəsində şəhid olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri