16 
İyn
2015
14:07
17
111
11076
Virtual karabakh

Polis bu qızı axtarır – VİDEO

16 İyn, 2015
14:07
11076

Polis bu qızı axtarır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O evdən çıxarkən əynində qara rəngdə gödəkçə olub.

Xırdalan şəhəri sakini Musayeva Arifə Mustafa qızı itkin düşüb.

Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, 06.05.2000-ci il təvəllüdlü Bakı şəhər, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, döngə 2, ev 17-də yaşayan Musayeva Arifə Mustafa qızı 20.05.2015 tarixində naməlum şəraitdə itgin düşüb.

Onun əlamətləri belədir: boyu 173 sm, gözlərinin rəngi qəhvəyi, ağbəniz, saçının rəngi sarıdır.

Arifə Musayeva evdən çıxarkən əynində qara rəngdə gödəkçə, ayağında isə qara rəngli ayaqqabı olub. 

Arifə Musayevani görənlərdən və ya itkin şəxs barədə hər hansı məlumatı olanlardan (012) 431-02-02 və (012) 431-00-36 nömrəli şəhər telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

İtginlə bağlı “qaynar xətt”imiz olan 050-203-02-02 mobil nömrəsinə də zəng edərək məlumatlarınızı çatdıra bilərsiniz.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri