31 
Yan
2024
12:12
6
147
1692
Virtual karabakh

Salyanda ağır xəstə üçün çağırılan təcili tibbi yardım avtomobili yolda qaldı - AÇIQLAMA + FOTO

31 Yan, 2024
12:12
1692

Salyanda ağır xəstə üçün çağırılan təcili tibbi yardım avtomobili yolda qaldı - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə sosial şəbəkələrdə Salyan rayonunda, Xələc və Qarabağlı kəndləri arasındakı çöllükdə təcili tibbi yardım avtomobilinin yolda qalmasını əks etdirən şəkillər paylaşılıb. Qeyd olunub ki, avtomobil gecə saatlarında, çağırışa gedən zaman xarab olub.

Baş vermiş hadisə ilə bağlı Oxu.Az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təcili tibbi yardım avtomobili texniki nasazlıq səbəbindən yolda qalıb:

“Salyan rayonunun Qarabağlı kəndinə çağırışa yollanan təcili tibbi yardım avtomobilində texniki nasazlıq qeydə alınıb. Təcili tibbi yardım avtomobilindəki briqadaya kömək məqsədilə texniki işçilər cəlb olunublar. Çağırış ünvanına isə digər təcili tibbi yardım avtomobili yönləndirilib”.

Z.Adilova çağırış ünvanındakı xəstənin vəziyyətinin ağır qiymətləndirildiyini də diqqətə çatdırıb:

“Qarabağlı kənd sakini, 1942-ci il təvəllüdlü (qadın cinsli) şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pnevmoniya diaqnozu ilə ona zəruri tibbi xidmət göstərilir. Vəziyyəti ağır qiymətləndirilir”.

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri