Fev
2024
10:07
13
90
3728
Virtual karabakh

Zibil poliqonuna çevrilən ziyarətgahla bağlı icra hakimiyyətindən lakonik cavab - FOTO/VİDEO

5 Fev, 2024
10:07
3728

Zibil poliqonuna çevrilən ziyarətgahla bağlı icra hakimiyyətindən lakonik cavab - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şüvəlanda qəbiristanlıq ərazisinin zibil poliqonuna çevrilməsi sakinlərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, söhbət “Mir Mövsüm ağa ziyarətgahı”nın arxasında yerləşən qəbiristanlıq ərazisindən gedir.

Daxil olan şikayətlə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun rəsmisi Gülbala Qurbanov ərazinin niyə zibil poliqonuna çevrilməsi ilə bağlı Oxu.Az-ın heç bir sualına cavab verməsə də, ərazidə təmizlənmə işlərinin getdiyini özündə əks etdirən video və şəkilləri redaksiyamıza göndərib.

Həmin video və şəkilləri təqdim edirik:

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri