10 
Apr
2024
22:00
127
23
937
Virtual karabakh

Baş aqronom: “Regionlardakı yeni suvarma qurğuları məhsuldarlığı artıracaq”

10 Apr, 2024
22:00
937

Baş aqronom: “Regionlardakı yeni suvarma qurğuları məhsuldarlığı artıracaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hacıqabulda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi əkin sahələrində məhsuldarlığın artmasına kömək edəcək”.

Bunu “Report”a “Aqro Dairy” MMC-nin baş aqronomu Tacəddin Misirzadə bildirib.

Hacıqabulun Padarçöl sakinlərini narahat edən problemin nəhayət ki, öz həllini tapdığını deyən baş aqronom qeyd edib ki, son illər yeni əkin sahələri dövriyyəyə qatılır və əkinə yararlı sahələr daha da genişləndirilir:

“Bir vaxtlar bu ərazilərdə su olmadığından yalnız qışlaq yeri kimi istifadə olunub. Sonralar əhali dəmyə şəraitində taxıl əkini ilə məşğul olub. Lakin ciddi su problem ilə qarşılaşdığından təsərrüfat sahibləri taxılın hər hektarından dörd-beş sentner məhsul götürə biliblər”.

T.Misirzadə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi istiqamətində yeni layihələrin hazırlandığını vurğulayıb.

Baş aqronom qeyd edib ki, “Aqro Dairy” MMC-nin fəaliyyət göstərdiyi regionlarda ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazisi 19 min 200 hektara, pivotların sayı 296-ya çatdırılıb, dörd toxum emalı kompleksi yaradılıb. Qarabağ regionu üzrə 2020-ci ildən təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ildən isə Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazidə yazlıq və payızlıq əkin işləri aparılıb:

“Bütün bunlar onu göstərir ki, ölkəmizdə həm işğaldan azad edilən rayonlar, həm də digər bölgələrin də inkişafı daim diqqət mərkəzindədir. Dövlət başçısı həm işğaldan azad olunan ərazilərə, həm də digər rayonlara tez-tez səfərlər edir, yeni sosial obyektlərin, müəssisələrin, yolların açılışını edir, problemlərin tez bir zamanda həlli üçün göstərişlər verir”.

Qeyd edək ki, aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub. Bu qurğular kompleksi dövlət başçısının əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da imzaladığı Sərəncama əsasən inşa olunub. Kompleksə sərfi saniyədə üç kubmetr olan dörd aqreqatlı üzən nasos stansiyası, boru kəməri və dəmir-beton kanalı daxildir.

Azərbaycan Prezidentinin 2022-ci il fevralın 10-da imzaladığı Sərəncamına əsasən isə üzən nasos stansiyası (I pillə), uzunluğu 4350 poqonometr olan basqılı metal boru kəməri, uzunluğu 7012 poqonometr olan dəmir-beton üzlüklü açıq kanal, kanalın sonunda su tutumu beş min kubmetr olan hovuz, sərfi saniyədə üç kubmetr olan II pillə stasionar nasos stansiyası və uzunluğu 6918 poqonometr olan basqılı metal boru kəmərinin tikintisi və nasos stansiyasının xarici elektrik təchizatı işləri başa çatdırılıb.

Layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri