25 
Apr
2024
01:35
8
192
1772
Virtual karabakh

Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA + VİDEO

25 Apr, 2024
01:35
1772

Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb.

Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb.

Həkim Elnurə Mustafayeva bildirib ki, hamiləliyin qeysəriyyə əməliyyatı ilə sonlandırılmasının səbəbləri müxtəlif ola bilər.

E. Mustafayeva vurğulayıb ki, tibb elminin inkişafı ilə əvvəlki illərdə təsbit olunmayan xəstəliklərin üzə çıxarılması da bir çox hallarda qeysəriyyə əməliyyatına göstəriş yaradır.

Qeyd edək ki, qanunvericiliyə əsasən, körpənin qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gətirilməsinə ancaq tibbi göstəriş olduğu halda icazə verilir. Bu əməliyyatı qeyri-qanuni yolla həyata keçirənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri