Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
2 min nəfərdən çox əcnəbi Azərbaycandan çıxarıldı
2015-ci ilin iyul ayı ərzində 2 323 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanun-vericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat mərkəzindən Oxu.Az-a verilən məlumata görə, onlardan 15-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunmuş, 167 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1635 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 506 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə 9762 müraciət daxil olub.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 86 639 əcnəbinin müraciəti qeydə alınıb.
Bununla yanaşı Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 13 sahibkarlıq subyektində yoxlamalar aparılıb.
Keçirilmiş tədbirlər nəticəsində 12 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı