Okt
2015
18:30
80
227
17821
Virtual karabakh

Azərbaycanlı qız hindistanlı ilə ailə qurdu - FOTO

5 Okt, 2015
18:30
17821

Azərbaycanlı qız hindistanlı ilə ailə qurdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günel Ketanla İstanbulda tanış olduğunu deyir.

Azərbaycanlı qız əcnəbi oğlanla ailə həyatı qurub.

Oxu.Az modern.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə Bakıdakı şadlıq evlərinin birində baş tutan toy mərasimində azərbaycanlı Günel Əliyeva hindistanlı Ketan Devana ərə gedib. 

Günel Ketanla İstanbulda tanış olduğunu deyir. O qeyd edib ki, həmin vaxt Ketan ora işgüzar səfərə gedibmiş.

Günel hindistanlı oğlanla tanışlıqdan sonra onunla evlənmək barəsində düşünməyib, çünki ailələrin razı olmayacağını zənn edib:

“Amma Ketan həyatda heç nəyin imkansız olmadığını deyirdi. O, əvvəlcə öz ailəsini razı saldı. Sonra isə bizimkiləri. Əvvəlcə qəbul etmək istəmirdilər ki, başqa xalqdır, uzaqdır. Amma oğlan və ailəsini tanıdıqdan sonra bütün qohumlarımız da razılıq verdi. Xalqların evliliyi oldu”.

Günel Əliyeva dil problemlərinin də olmadığını deyir:

“Onların ailəsi hamısı ingiliscə danışır, bizimkilərə isə mən tərcümə edirdim. Həm də urdu dillə bizim dil arasında çox söz oxşardır, xüsusilə ərəb və fars kökənli sözlər. Ona görə bəzən tək kəlmə ilə də tərəflər bir-birini başa düşür. Qız toyu Bakıda, oğlan toyu Hindistanda oldu”.

Cütlük evləndikdən dərhal sonra “nağıllar ölkəsinə” gedib və hazırda orada yaşayır.

“Artıq kiçik bizneslə məşğul olmağa başlamışam. İnstagram-da Hindistan paltarları, aksesuarlarını satıram. Bu biznesə də qohum-əqrabanın sayəsində başladım. Onlar hind paltarları istədi, mən də gətirdim, sonra isə bunun biznesi ilə məşğul olmaq istədim” deyə, Günel bildirib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri