Mar
2014
10:38
27
18
3635
Virtual karabakh

Bakıda “Formula-1” yarışı keçiriləcək

5 Mar, 2014
10:38
3635

Bakıda “Formula-1” yarışı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz Azərbaycana da gedəcəyik”.

Yaxın gələcəkdə “Formula-1” yarışlarının mərhələlərindən birinin Azərbaycanın paytaxtı Bakıda keçirilməsi nəzərdə tutulur.

Oxu.Az Daily Mail-ə istinadən xəbər verir ki, bunu “Formula-1” çempionatının rəhbəri Berni Ekklstoun bildirib.  

Onun sözlərinə görə, Azərbaycandakı “Qran-Pri” mərhələsi 2015-ci il, yaxud 2016-cı ildə keçiriləcək:

“Biz Azərbaycana da gedəcəyik. Oradakı adamlar yarışların 2015-ci ildə keçirilməsindən danışırlar. Bu, mövsümün sonudur, belə bir imkan var. Lakin bununla belə, böyük ehtimalla Bakıda yarış 2016-cı ildə keçiriləcək”.

Bu il “Formula-1” yarışlarının mərhələsi oktyabrda, ilk dəfə Rusiyada – Soçidə keçiriləcək.

Çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onların sayının 22-yə çatdırılacağı gözlənilir. Təqvimə Azərbaycanla yanaşı Tayland, CAR, Yunanıstan, Argentina və Meksika daxil edilə bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri