13 
Noy
2017
17:50
39
98
5580
Virtual karabakh

"Qarabağ"ın rəqibi rekord məbləğə futbolçu transfer etmək istəyir

13 Noy, 2017
17:50
5580

"Qarabağ"ın rəqibi rekord məbləğə futbolçu transfer etmək istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan İngiltərənin “Çelsi” klubu 120 milyon avroya futbolçu transfer etmək istəyir. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, London təmsilçisi İtaliya “İnter”inin hücumçusu Mauro İkardinin xidmətində maraqlıdır.

Argentina yığmasının 24 yaşlı forvardının “Çelsi”yə keçidi baş tutarsa, İngiltərə futbolunda yeni transfer rekordu qeydə alınacaq.

Qeyd edək ki, İngiltərənin transfer rekordu “Mançester Yunayted”ə məxsusdur. “Qırmızı şeytanlar” ötən il Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba üçün İtaliyanın "Yuventus" klubuna 105,2 milyon avro ödəyiblər. 2013-cü ildən “İnter”in formasını geyinən Mauro İkardi iştirak etdiyi 135 oyunda 82 qola imza atıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri