15 
Fev
2018
10:41
299
83
6773
Virtual karabakh

Ronaldudan növbəti rekord

15 Fev, 2018
10:41
6773

Ronaldudan növbəti rekord

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real”ın portuqaliyalı futbolçusu Kriştyanu Ronaldu növbəti rekorda imza atıb. 

Oxu.Az xəbər verir ki, 33 yaşlı hücumçu Çempionlar Liqasında (ÇL) bir klubda 100 qol vuran ilk futbolçu olub.

Ronaldu bunu PSJ ilə 1/8 final matçının 45-ci dəqiqəsində penaltidən hesabı 1:1 etməklə reallaşdırıb. O, 83-cü dəqiqədə etdiyi dublla komandasını hesabda irəli çıxarıb. Madridlilər yekunda 3:1 hesabı ilə qalib gəlib.

Ona 100 qol həddinə çatmaqla bağlı tarixi rekorda imza atmaq üçün doqquz ildir çıxış etdiyi Madrid klubunun heyətində ÇL-də 95 oyun keçirmək lazım gəlib. O, bu matçlarda 30 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Kriştyanu Ronaldu ÇL-də ölkəsinin “Sportinq” və İngiltərənin “Mançester Yunayted” klublarının heyətində də oynayıb və ümumilikdə 147 matçda 116 qol vurub, 39 məhsuldar ötürmə edib.  

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri