12 
Mar
2018
12:26
49
111
6497
Virtual karabakh

Rusiyanın sabiq deputatı meydana silahla girdi – VİDEO

12 Mar, 2018
12:26
6497

Rusiyanın sabiq deputatı meydana silahla girdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Yunanıstan Super Liqasında maraqlı hal baş verib.

Oxu.Az xəbər verir ki, Salonikidə keçirilən PAOK – AEK matçının son dəqiqəsində meydan sahiblərinin Kabo Verde əsilli portuqaliyalı mərkəz müdafiəçisi Fernandu Varelanın vurduğu qol oyundankənar vəziyyət olduğu üçün qeydə alınmayıb.

Matç çempionluq baxımından önəmli olduğuna görə PAOK oyunçuları hakimə etiraz edib.

“Tumba” stadionuna toplaşmış yerli azarkeşlər hakimlərə sərt reaksiya verib. Hakimlər paltardəyişmə otağına gediblər. Bundan təxminən iki saat sonra matçın təhlükəsizlik səbəbilə təxirə salındığı bildirilib.

Yunanıstan mətbuatında çıxan xəbərlərə görə, hətta PAOK prezidenti İvan Savvidis mühafizəçiləri ilə birgə belində silah meydançaya daxil olub. Onun matçın hakimi Yorqos Kominisi ölümlə təhdid etdiyi iddia olunur.

AEK klubu Gürcüstan doğumlu, Rusiya parlamentinin sabiq millət vəkili olmuş Savvidisin bu hərəkətlərini qınadığını açıqlayıb.

Qeyd edək ki, iki tur əvvəl bu stadionda keçirilmiş PAOK – “Olimpiakos” matçında da qonaq komandanın ispaniyalı baş məşqçisi Oskar Qarsiaya tərəf yad əşya atılmış və o yaralanmışdı. Nəticədə PAOK-a 0:3 hesablı texniki məğlubiyyət verilmişdi.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri