15 
Mar
2018
01:42
32
126
3192
Virtual karabakh

Məmmədyarov növbəti turda heç-heçə etdi

15 Mar, 2018
01:42
3192

Məmmədyarov növbəti turda heç-heçə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Berlində şahmat üzrə İddiaçılar turnirinin dördüncü turu yekunlaşıb.

Oxu.Az xəbər verir ki, turnirdə iştirak edən azərbaycanlı qrossmeyster  ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib.  

Partiya heç-heçə başa çatıb. Hazırda aktivində 2,5 xal olan Azərbaycanlı 33 yaşlı şahmatçı turnir cədvəlində Kramniklə ikinci yeri bölüşür.

Yarışın beşinci turu martın 15-də keçiriləcək.

Partiyalar Bakı vaxtı ilə  18.00-da başlayacaq:

Din Lijen (Çin) – Şəhriyar Məmmədyarov (Azərbaycan)

Levon Aronyan (Ermənistan) – Aleksandr Qrişuk (Rusiya)

Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya)

Uesli So (ABŞ) – Vladimir Kramnik (Rusiya)

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri