27 
Apr
2018
23:52
120
28
7686
Virtual karabakh

Arsen Venqer özünə yeni iş tapdı

27 Apr, 2018
23:52
7686

Arsen Venqer özünə yeni iş tapdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pari Sen-Jermen”in  rəhbərliyi “Arsenalın” çalışdırıcısı Arsen Venqerə fransız klubu ilə dörd illik müqavilə bağlamağı təklif edib.

Oxu.Az xəbər verir ki, bu barədə “1e10sport.com” məlumat yayıb.

Nəşrin məlumatına görə, danışıqlar aprelin ortalarında Parisdə aparılıb.

Məqalədə qeyd olunur ki, klub rəhbərliyi Venqeri baş məşqçi vəzifəsinə gətirmək istəmir, çünki həmin post alman Tomas Tuxelə vədd olunub. Bunun əvəzinə fransız çalışdırıcıya baş menecer vəzifəsi təklif olunub.

“PSJ” rəhbərliyi bildirib ki, mövsümün başa çatmasından sonra baş məşqçi Unai Emeri ilə yollarını ayıracaq. 

Qeyd edək ki, Arsen Venqer  aprelin 20-də “Arsenaldan” ayrılacağını elan edib. Fransalı çalışdırıcı 1996-cı ildən bəri klubun baş məşqçisidir.

Venqerin rəhbərliyi altında klub üç dəfə İngiltərə çempionu olub,  yeddi dəfə ölkə kubokunu qazanıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri