21 
İyn
2018
11:01
343
22
8584
Virtual karabakh

Yaponlardan azərbaycanlı azarkeşlərə ibrətamiz örnək - VİDEO

21 İyn, 2018
11:01
8584

Yaponlardan azərbaycanlı azarkeşlərə ibrətamiz örnək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya millisinin azarkeşləri dünya çempionatının Kolumbiya ilə matçından sonra ibrətamiz addımla yadda qalıblar.

Oxu.Az xəbər verir ki, final fiti səsləndikdən sonra onlardan bəziləri tribunaları tərk etməyə tələsməyiblər.

Belə ki, kolumbiyalı azarkeş tərəfindən çəkilmiş videoda yaponların oyun zamanı yerə atdıqları zibilləri topladığı görünür. Halbuki Azərbaycanda biz bunun əksini görürük. Düşünürük ki, bu addım əsl nümunədir.

Xatırladaq ki, həmin matçda gözlənilənin əksinə olaraq, Yaponiya millisi Kolumbiyaya 2:1 qalib gəlib.

Qeyd edək ki, eyni addımla bu qrupda mübarizə aparan Seneqalın azarkeşləri də yadda qalmışdı. Onlar da Polşa üzərindəki qələbədən sonra tribunalardakı zibilləri toplamışdılar.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri