21 
İyn
2018
11:58
105
15
2359
Virtual karabakh

Danimarkalı futbolçulardan komanda yoldaşlarına möhtəşəm jest

21 İyn, 2018
11:58
2359

Danimarkalı futbolçulardan komanda yoldaşlarına möhtəşəm jest

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Danimarka yığmasının oyunçuları müdafiəçi Yonas Knudsenə şəxsi təyyarə tutublar.

Oxu.Az xəbər verir ki, 25 yaşlı futbolçu dünya çempionatı ilə əlaqədar Rusiyada olduğu müddətdə qızı dünyaya gəlib.

Danimarka Futbol İttifaqı müdafiəçini buna görə vətənə göndərməyəcəyini bildirib. Belə olan halda komanda özü onun evə yollanması üçün şəxsi reyslə getməsinə şərait yaradıb. Onlar bu şəxsi reysin pulunu ödəyiblər.

Millinin qapıçısı Kasper Şmeyxel bildirib ki, komandada valideynlər çoxdur və onlar ailədən kənarda övladının dünyaya gəlməsi xəbərini eşitməyin nə qədər ağır olduğunu bilirlər.

Qeyd edək ki, Yonas Knudsen artıq Rusiyaya bazar ertəsi – iyunun 18-də qayıdıb. O, bu gün Danimarkanın Avstraliya ilə oyununda meydana çıxa bilər.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri