22 
İyl
2018
12:27
381
49
5324
Virtual karabakh

Rusiyalı boksçu ukraynalıya dörd çempion kəməri uğrunda döyüşdə uduzub

22 İyl, 2018
12:27
5324

Rusiyalı boksçu ukraynalıya dörd çempion kəməri uğrunda döyüşdə uduzub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı boksçu Murad Qassiyev ukraynalı Aleksandr Usika Ümumdünya boks superseriyasının finalında uduzub.

Oxu.Az Lenta.ru-ya istinadan xəbər verir ki, döyüş şənbə günü Moskvada keçirilib və 12 raund davam edib.

Hakimlərin qərarı ilə (120:108, 119:109, 119:109) qələbəni Aleksandr Usik qazanıb.

Beləliklə, ukraynalı Ümumdünya boks superseriyasının qalibi, eləcə də Beynəlxalq Boks Federasiyası (IBF), Ümumdünya Boks Təşkilatı (WBO), Ümumdünya Boks Şurası (WBC) və Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə çempionluq kəmərlərininin sahibi olub.

Usik və Qassiyevin hər birində iki kəmər mövcud idi. Ukraynalı WBC və WBO, rusiyalı isə WBA и IBF versiyasında çempion adını daşıyırdı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri