20 
Avq
2018
01:31
118
41
4674
Virtual karabakh

Millimizin uduzduğu komanda Avropa çempionu oldu

20 Avq, 2018
01:31
4674

Millimizin uduzduğu komanda Avropa çempionu oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın paytaxtı Kiyevdə keçirilən minifutbol üzrə IX Avropa çempionatı başa çatıb.

Oxu.Az xəbər verir ki, millimizin də ilk dəfə qatıldığı qitə birinciliyində medalların sahibi müəyyənləşib.

III yer uğrunda görüşdə 2016-cı ilin Avropa çempionu Qazaxıstan millisi İngiltərəyə 2:0 qalib gəlib və ilk dəfə bürünc medal qazanıb.

Finalda isə millimizin qrupunda yer almış və II yerlə 1/4 finala vəsiqə qazanmış son dünya çempionu Çexiya yeddiqat Avropa çempionu Rumıniya ilə görüşüb. Kiyevə yağış yağdığından, matçın sürüşkən qazonda keçirilməsi sual altında olsa da, təşkilatçılar oyunun başlamasına qərar verib. Nəticədə çexlər 4:1 hesabı ilə qalib gələrək, dünyadan sonra Avropa çempionluğunu da qazanmaqla qızıl dubl ediblər.

Qeyd edək ki, millimiz bu turnirdə D qrupunda mübarizə aparıb. Komandamız Macarıstana (0:1), Çexiyaya (1:2) və Serbiyaya (1:2) minimal hesabla məğlub olub. Yeganə qələbəmiz autsayder qardaş Türkiyə üzərində olub – 6:2.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri