Sen
2018
19:46
301
20
3684
Virtual karabakh

Karate millimiz İsveçrədə 11 kubok qazandı - FOTO

2 Sen, 2018
19:46
3684

Karate millimiz İsveçrədə 11 kubok qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrənin Bazel şəhərində keçirilən IX Open Masters 2018 turnirində karateçilərimiz gözəl nəticə ilə yadda qalıb.

Oxu.Az-ın xəbərinə görə, on idmançı ilə qatılan karate millimiz 11 kubok (bu yarışda medal əvəzinə kubok verirlər) qazanıb.

Belə ki, Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), Rafiz Həsənov (67 kq) və İrina Zaretskaya (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq), Şahin Atamov (+84 kq) gümüş, Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) isə bürünc kuboka yiyələnib.

Master Klassda (bu kateqoriyada bütün çəkilər mübarizə aparır) Şahin Atamov və İlahə Qasımova gümüş, İrina Zaretskaya bürünc kubok qazanıb.

Qeyd edək ki, karateçilərimiz İsveçrədə qalaraq Almaniyanın paytaxtı Berlində keçiriləcək Premyer Liqa yarışlarına hazırlaşacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri