10 
Sen
2018
08:56
33
66
3586
Virtual karabakh

Azərbaycanın Millətlər Liqasında ikinci sınağı

10 Sen, 2018
08:56
3586

Azərbaycanın Millətlər Liqasında ikinci sınağı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün, sentyabrın 10-da, futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.

Oxu.Az-ın xəbərinə görə, Qurban Qurbanovun yetirmələri səfərdə Malta komandasının qonağı olacaq.

Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, ilk turda Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Kosova millisi ilə qolsuz bərabərliyə qalıb. 

Malta isə səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzub.

İlk turdan sonra D liqasının 3-cü qrupuna üç xalla Farer adaları başçılıq edir. Hesabında bir xal olan Azərbaycan və Kosovo milliləri ikinci və üçüncü yerləri bölüşdürürlər. Malta komandası isə 0 xalla sonuncu pillədə qərarlaşıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri