Okt
2018
13:33
127
24
4526
Virtual karabakh

Millimizin futbolçusu: Heç bir oyunçunu tanımıram

9 Okt, 2018
13:33
4526

Millimizin futbolçusu: Heç bir oyunçunu tanımıram

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, Almaniyanın “Proyssen” klubunda çıxış edən futbolçu Rüfət Dadaşov millimizin UEFA Millətlər Liqasında keçirəcəyi Farer adaları və Malta ilə oyunlarına dəvət olunub.

Oxu.Az xəbər verir ki, Dadaşov Bakıda olarkən Almaniyanın məşhur “Bild” nəşrinə müsahibə verib. 

O, uzun müddətdən sonra milliyə dəvət olunması haqda bunları bildirib:

“Yenidən vətənim üçün oynamaq xəyalım idi. Düzünü desəm, belə erkən dəvəti gözləmirdim. Buna görə “Proyssen”ə və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Millidə oynayacağıma ümid edirəm. Lakin mövqeyimdə rəqabətin hansı səviyyədə olduğunu bilmirəm. Uzun müddətdir ki, milliyə çağırılmadığım üçün digər oyunçuların çoxundan xəbərim yoxdur”.

Rüfət Dadaşov onu da bildirib ki, millimizin Almaniyada çıxış edən digər futbolçusu Dmitri Nəzərovla yaxın dostdur:

“Dmitri Bakıya mənimlə birlikdə gəldi. Biz yaxın dostuq. Eyni zamanda, millidə eyni otaqda qalırıq. Bakıya gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşmək imkanım oldu. Hər kəsi yenidən görmək çox gözəl idi”.

Oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşmalar barədə isə hücumçumuz bunları deyib:

“Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bundan yararlanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Rüfət Dadaşov altı qolla Almaniya 3-cü Liqasının bombardiridir.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri