10 
Okt
2018
10:16
97
131
2530
Virtual karabakh

DÇ-2018: Millimiz Türkiyəyə uduzdu – FOTO

10 Okt, 2018
10:16
2530

DÇ-2018: Millimiz Türkiyəyə uduzdu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada keçirilən qadın voleybolu üzrə dünya çempionatında millimiz bu gün növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, komandamız bu dəfə Türkiyə millisi ilə qarşılaşıb və 1:3 (24:26, 17:25, 25:22, 21:25) hesabı ilə uduzub.

Türkiyə millisinin italyan baş məşqçisi Covanni Quidetti qələbəyə baxmayaraq, çıxışlarından razı qalmadıqlarını bildirib:

“Əlbəttə ki, mən nəticədən məmnunam. Amma göstərdiyimiz oyundan yox. Komanda hələ də çox böyük təzyiq altında oynayır və biz istədiyimiz kimi yaxşı çıxış edə bilmirik”.

Qardaş ölkənin kapitanı Eda Ərdəm isə millimizin son xala kimi döyüşdüyünü qeyd edib:

“Azərbaycanın çox yaxşı hücumçuları var. Bu gün onlar servisdə yaxşı oynadılar və bizə hücumlarla müdafiədə təzyiq yaratdılar. Onlar son xala kimi döyüşdülər. Reytinq baxımından üç xalla qalib gəlmık vacib idi. Bunu edə bildiyimiz üçün şadıq”.

Millimizin kapitanı Odina Əliyeva isə səhvlərdən danışıb:

“Biz bu gün qələbə qazanmağı çox istəyirdik. Ancaq çoxlu səhvlər etdik. Sabah bizim son oyunumuzdur və ümid edirəm ki, sabah qələbə qazanacağıq”.

Yığmamızın məşqçisi Famil Ağayev də səhvləri vurğulayıb:

“Türkiyə bu gün yaxşı oynadı. Düşünürəm ki, biz də ilk setdə və xüsusən üçüncü setdə yaxşı çıxış etdik. Ancaq çoxlu səhvlər etdik. Növbəti matça çox yaxşı hazırlaşmalıyıq. Çünki bu bizim dünya çempionatında sonuncu oyunumuzdur”.

Qeyd edək ki, hər iki milli növbəti – üçüncü mərhələyə çıxmaq şansını itirib. Faiq Qarayevin yetirmələri sabah özü kimi altı xalla qrup autsayderi olan Bolqarıstanla qarşılaşacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri