12 
Okt
2018
09:50
98
45
2355
Virtual karabakh

Danimarkalı məşqçi azərbaycanlı jurnalistlərin qarşısına çıxmadı

12 Okt, 2018
09:50
2355

Danimarkalı məşqçi azərbaycanlı jurnalistlərin qarşısına çıxmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Farer Adaları millisinin baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqası çərçivəsində yığmamıza uduzduqları oyundan (0:3) sonra mətbuat konfransına gəlməyib.

Oxu.Az xəbər verir ki, 57 yaşlı danimarkalı mütəxəssis oyundan dərhal sonra görüşün keçirildiyi “Tourşvötlur” stadionunu tərk edib.

Farer Adaları Futbol Federasiyasının nümayəndələri isə Olsenin Bakıdan ezam olunmuş azərbaycanlı jurnalistlərin önünə çıxmayacağını bildirib.

Yeri gəlmişkən, millimizin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. O, qələbəyə baxmayaraq, oyunda texniki səhvlərə yol verdiklərini bildirib:

“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Oyunöncəsi mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik, demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Buna baxmayaraq, lazımi xarakter göstərdik.

Oyuna aktiv başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar və ilk dəqiqələrdən qol vurmağa çalışdılar. Biz isə texniki səhvlərə yol versək də, tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi.

Üç gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq. Qrupumuzda istənilən komanda qələbə qazanmağa qadirdir”.

Qeyd edək ki, millimiz oktyabrın 14-də Malta millisi ilə Bakıda qarşılaşacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri