12 
Okt
2018
00:40
475
30
10496
Virtual karabakh

Azərbaycan Millətlər Liqasında ilk qələbəsini qazandı - YENİLƏNİB

12 Okt, 2018
00:40
10496

Azərbaycan Millətlər Liqasında ilk qələbəsini qazandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Torshavnda UEFA Millətlər Liqası çərçivəsində keçirilən Farer adaları-Azərbaycan oyunu başa çatıb. 

Oxu.Az xəbər verir ki, millimiz meydan sahiblərini 3:0 hesabı ilə məğlub edib.

Qrupun digər görüşündə Kosovo millisi Maltaya 3:1 hesabı ilə qalib gəlib.

00.31

Yığmamız Torshavnda keçirilən oyunda üçüncü qol vurub.

Oxu.Az xəbər verir ki, matçın 86-cı dəqiqəsində yenə Riçard Almeyda fərqlənib.

00.19

Azərbaycan millisi Farer adaları yığmasının qapısına daha bir qol vurub.

Oxu.Az xəbər verir ki, oyunun 67-ci dəqiqəsində Dmitri Nazarov rəqib komandanı meydanın mərkəzinə dəvət edib.

23.26

Torshavnda UEFA Millətlər Liqası çərçivəsində Farer adaları yığması ilə qarşılaşan Azərbaycan millisi hesabı açıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 28-ci dəqiqəsində Riçard Almeyda fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisinin UEFA Millətlər Liqasında Maltaya qarşı Bakıdakı oyunu 1:1 hesabı ilə bitib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri