UEFA Millətlər Liqasında keçirilən Malta-Azərbaycan oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində qarşılıqlı hücumlara baxmayaraq hesab dəyişməyib.
Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Azərbaycanla eyni qrupda mübarizə aparan Kosovo millisi isə Farer adaları yığmasına 2:0 hesabı ilə qalib gəlib.
Millimiz Maltaya qalib gələ bilmədi - VİDEO+YENİLƏNİB
23.15
Azərbaycan millisi Millətlər Liqasında ikinci oyunu səfərdə Maltaya qarşı keçirir.
Oxu.Az xəbər verir ki, görüşün 10-cu dəqiqəsində Andre Aqius penaltidən qol vurmaqla Maltanı hesabda irəli çıxarıb.
Lakin 16 dəqiqə sonra Azərbaycan yığması hesabı bərabərləşdirə bilib. Qolun müəllifi Təmkin Xəlilzadə olub.