14 
Okt
2018
19:47
52
35
5146
Virtual karabakh

Azərbaycan Maltaya qarşı - START HEYƏTLƏR

14 Okt, 2018
19:47
5146

Azərbaycan Maltaya qarşı - START HEYƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Millətlər Liqasının oyununda üz-üzə gələcək Azərbaycan və Malta yığmalarının start heyətləri bəlli olub.

Oxu.Az-ın xəbərinə görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayacaq.

Qurban Qurbanov start heyətdə qapını Kamran Ağayevə (1) tapşırıb.

Müdafiədə Rahil Məmmədov (19), Bədavi Hüseynov (22) Pavel Paşayev (4), Maksim Medvedev (5), yarımmüdafiədə isə Qara Qarayev (2), Araz Abdullayev (7), Dmitri Nazarov (13), Mahir Mədətov (17) və Riçard Almeyda (20) mübarizə aparacaqlar.

Millimizin yeganə hücumçusu Rüfət Dadaşovdur (16) 

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə.

Malta komandasının start heyəti belədir:

1. Endryu Hoqq, 3. Yozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Aqius, 8. Pol Fenek, 9. Yozef Mbonq, 10. Andre Şembri (k), 11. Rouen Muskat, 15. Juan Korbolan. 17. Rayan Kamilyeri, 19. Alfred Effionq.

Ehtiyat oyunçular: 12. Henri Bonello, 23. Stiv Sultana, 2. Maykl Conson, 6. Cek Qrek, 7. Stefen Pisani, 13. Kleyton Failla, 14. Jan Pol Farruciya, 16. Ferdinando Apap, 18. Byorn Kristensen, 20. Endryu Kohen, 21. Roderik Briffa, 22. Keyn Attard.

Baş məşqçi: Rey Farruciya.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri