16 
Okt
2018
15:31
6
106
6722
Virtual karabakh

Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarıldı - QİYMƏTLƏR

16 Okt, 2018
15:31
6722

Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarıldı - QİYMƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən etibarən “Formula-1” üzrə Azərbaycan Qran-Prisi 2019 üçün bilet satışına start verilib.

Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.

O bildirib ki, ilk olaraq Azərbaycan vətəndaşları bilet ala biləcək:

“Dördüncü ilin yarış hazırlıqlarına başlayırıq. 2017-ci ildəki yarışımız ilin yarışı adlandırıldı. 2018-ci ildəki yarışımızın da bu ada layiq görüləcəyinə inanırıq. Bilet satışını 21 faiz artırmışıq. Xaricdəki bilet satışını da 30 faiz artıracağıq. 

Bu gündən etibarən Azərbaycan üçün bilet satışına başlayacağıq. Buranın əhalisi üçün erkən bilet alanlar üçün nəzərdə tutulan kampaniyadan başqa, 25 faiz endirim olacaq.

İlkin endirim kampaniyası dörd gün müddəti əhatə edəcək. Bu müddətdə biletlər tribunadan asılı olaraq 190-660 AZN olacaq. Azyaşlılar üçün qiymət 130-470 AZN təşkil edəcək. Ayaqüstü zona üçün biletlərin qiyməti 80-160 AZN aralığında olacaq”.

O bildirib ki, yenə Rusiyadan ən çox bilet satışına maraq göstərəcəyi gözlənilir. Daha sonra Almaniya, Hollandiya, BƏƏ, Mərkəzi Asiya ölkələrindən maraq var.

Qeyd edək ki, xarici vətəndaşlar üçün bilet satışının vaxtı daha sonra açıqlanacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri